Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Deputatlar hansı benzindən istifadə edir? - SORĞU

Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşdı.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0, 20 manat artaraq, 1,25 və 1,50 manata çatıb.
Maraqlıdır, bəs görəsən Azərbaycanda deputatlar şəxsi avtomobilləri üçün hansı markalı benzindən istifadə edirlər?

Yenicag.az olaraq, suala cavab tapmaq məqsədilə bəzi deputatlara müraciət etdik.

Deputat Vahid Əhmədov şəxsi avtomobili üçün “Aİ-92” və “Aİ-95” (“Premium”) markalı benzindən istifadə etdiyini deyib.

O, bildirib ki, şəxsi avtomobili olmasına baxmayaraq, ictimai nəqliyyatdan da istifadə edir:

“Sonuncu dəfə bir ay bundan öncə, avtobusdan istifadə etmişəm. Özü də tək yox, ailəmlə getmişəm. Şəxsi avtomobilim üçün isə “Aİ-92” və “Aİ-95” (“Premium”) markalı benzindən istifadə edirəm”.

Deputat Aqil Abbas isə “Aİ-92” markalı benzindən istifadə etdiyini söyləyib.

Musa Qasımlı isə “Aİ-92”və “Aİ-95” (“Premium”) markalı benzindən istifadə etdiyini qeyd edib. O, ara-sıra metrodan da istifadə etdiyini vurğulayıb:

“Sonuncu dəfə bir həftə əvvəl ictimai nəqliyyatdan istifadə etmişəm. Amma harasa gedəndə, şəxsi avtomobilə üstünlük verirəm”.

Fazil Mustafa da “Aİ-92” markalı benzindən istifadə edən deputatlar sırasındadır.

““Aİ-92”-dən istifadə edirəm, keyfiyyətindən də razıyam. Maşınımı ustaya aparanda isə metrodan istifadə edirəm”.

Deputat Fəzail İbrahimli də bəzi həmkarları kimi “Aİ-92” markalı benzindən istifadə etdiyini dedi.

Elvin Paşazadə

www.yenicag.az

3372
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM