Dərbənddə deputat qətlə yetirildi

media-hightechnic-468x90

img1760195Dərbənd rayon poliklinikasının baş həkimi qətlə yetirilib.

media-banner_tkm

Yenicag.az müsavat-a istinadən bildirir, hadisə dünən axşam saatlarında baş verib.

Poliklinikanın baş həkimi, 55 yaşlı Nəsur Osmanov avtomobilini evinin darvazasının yanında park edərkən naməlum şəxs ona odlu silahdan atəş açıb. Nəticədə N. Osmanov hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Müəyyən edilib ki, baş həkimə odlu silahdan bir neçə dəfə atəş açılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və “Qanunsuz odlu silah gəzdirmə” maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, N. Osmanov Dərbənd Rayon Məclisinin deputatı olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05