“Devalvasiya Qurbanları Hərəkatı” (ad şərtidir) elan edilib. Bu barədə tanınmış yazar, Qaynar Media Qrupunun rəhbəri Zahir Əzəmətin müraciətində bildirilir:
“Dostlar, Devalvasiya Qurbanları Hərəkatı (ad şərtidir) elan edirəm. Banklara borclanan hər kəsi birləşməyə çağırıram. Yaranan situasiyada borclanan, ödəmə qabiliyyətini itirən vətəndaşların hüquqlarını müdafiə edən, sözünü deyəcək quruma ehtiyac var. Tezliklə təşəbbüs qrupu formalaşmalı, ilkin tələblərimizi elan etməli, aidiyyatı olan strukturlarla görüşməliyik.
Hesab edirəm ki, manat və ya dollarla olmasından asılı olmayaraq, bütün kreditlər vəziyyət normallaşana qədər dondurulmalıdır!!! Çünki yaranan situasiyanın günahkarı vətəndaşlar deyil və ağrısını da onlar çəkməli deyil”.
Təşəbbüs Qrupuna qoşulmaq istəyənlər Zahir Əzəmətlə əlaqə yarada bilər.
Əlaqə nömrəsi 0502430099
www.yenicag.az