Diabet xəstələrinin təminatı ilə bağlı Ombudsman Aparatından RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Azərbaycanda şəkərli diabet xəstələrinin tibbi vasitələr və özünənəzarət avadanlıqları ilə təminatı məsələsi yenidən diqqət mərkəzindədir.

media-banner_tkm

Problemlə bağlı Yenicag.az-ın Ombudsman Aparatına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, mövcud normativ-hüquqi sənədlərin yenilənməsinə və təkmilləşdirilməsinə ehtiyac var.

Ombudsman Aparatından daxil olan rəsmi cavabda bildirilir ki, sağlamlıq hüququnun effektiv şəkildə təmin edilməsi, səhiyyə xidmətlərinə bərabər, maneəsiz və fasiləsiz çıxış imkanlarının yaradılması, bu sahədə pozuntu hallarının qarşısının alınması və pozulmuş hüquqların bərpası Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Qeyd olunan məsələlərə Ombudsmanın illik məruzələrində geniş yer verilir.

Qurumun rəsmi cavabında xroniki xəstəliklərlə mübarizə və tibbi xidmətlərin müasir beynəlxalq standartlara uyğun təşkili sahəsində təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac olduğu vurğulanır:

“Ombudsmanın ünvanına daxil olmuş şikayətlər, aparılmış araşdırmalar və ümumi müşahidələr göstərir ki, ölkə üzrə şəkərli diabet xəstəliyi olan şəxslərin tibb müəssisələri tərəfindən özünənəzarət vasitələri ilə fasiləsiz təminatı sahəsində bəzi çatışmazlıqlar mövcuddur”.

Aparatdan bildirilib ki, diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi yardımın həcmi və təminat mexanizmlərini tənzimləyən normativ-hüquqi sənədlərin mövcud tələblərə uyğunlaşdırılması istiqamətində addımların atılması vacibdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli, 87 saylı Qərarının yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə müsbət təcrübələr (məsələn, Türkiyə təcrübəsində şəkərli diabet tip 1 xəstələri üçün vizual test-çubuqlarının aylıq norması 150 ədəd müəyyən edilir) nəzərə alınmaqla müasir dövrün tələblərinə uyğunlaşdırılması bu sahədə mövcud problemlərin aradan qaldırılmasında vacib rol oynaya bilər”

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05