DİM: Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq

media-hightechnic-468x90

“İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində baş vermiş yanğın səbəbindən burada I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq”.

media-banner_tuq

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, DİM həmin abituriyenlər üçün iyulun 27-də imtahan təşkil edəcək: “Abituriyentlər cavab kartlarını adətən imtahanın sonunda doldururlar. Azərbaycan Kooperasiya Universitetinin binasında keçirilən imtahan zamanı abituriyentlərdən heç biri cavab kartını doldurmayıb. Ona görə də orada iştirak edən bütün abituriyentlər iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edə bilər. Bütün sual kitabçaları yenidən tərtib olunacaq və həmin abituriyentlərə hansısa güzəşt olmayacaq. Həmin abituriyentlər üçün “İmtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.

DİM rəsmisi onu da qeyd edib ki, iyulun 22-də keçirilən qəbul imtahanın cavabları yaxın iki gün ərzində açıqlanacaq: “Dünəndən etibarən protokolların və cavab kartlarının emalına başlanılıb”.

Xatırladaq ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Hər kəs binadan təxliyyə olunub. Hadisə nəticəsində bir neçə abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05