DİN Aparatının rəhbəri faciəvi şəkildə dünyasını dəyişdi

media-hightechnic-468x90

ggYenicag.Az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 31 Nazirliyin Aparat rəhbəri Yekaterina Kereselidze və Tetnuldi otelinin rəhbəri Tezo Caparidze Gürcüstanın dağlıq bölgəsi olan Svanetidə kvadrasiklin  (“Dördlü motosiklet”) dərəyə aşması nəticəsində dünyalarını dəyişiblər.

Qeyd edək ki, Georgianpress-in yaydığı məlumatda bildirilir ki, onlarla birgə həmçinin azyaşlı uşaq da olub. Ağır yaralanan uşaq dərhal xəstəxanaya çatdırılıb.

Agentliyin şərhində, Gürcüstanın Daxili İşlər Naziliyinin hadisə ilə bağlı təəssüf hissi keçirdiyi və ölənlərin ailələrinə başsağlığı verdiyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600