Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər sakininin arvadını və qayınanasını bıçaqlaması barədə məlumat yayıb.
DİN-dən Yenicag.az-a verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Fəxmidə orada ölüb, Leylanın vəziyyəti isə ağırdır.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılılıb.
www.yenicag.az