DİN “Avropa” otelindəki qətllə bağlı açıqlama yaydı

media-hightechnic-468x90

93749Daxili İşlər Nazirliyi dünən “Avropa” otelində baş verən cinayətlə bağlı məlumat yayıb.

Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, məlumatda bildirilir ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.

Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600