DİN-dən Bakıda keçirilən UFC turniri ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur.  Tədbirin keçirildiyi arenaya gələn azarkeşlər—iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir. 

media-banner_tuq

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb.

Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.

Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05