!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN və AQTA-nın birgə məlumat yaydı - Qubada yararsız ət aşkarlandı - FOTO

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə DİN və AQTA-nın birgə yaydığı məlumatda bildirilib.

Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.

Ətlərdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

COP29

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv