Dini icma rəhbərlərindən İlham Əliyevə – Müraciət

media-hightechnic-468x90

903276Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ediblər.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciət edən şəxslər Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç və Alban-udi xristian dini icmasının sədri Robert Mobili var.

Müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Beynəlxalq tolerantlıq günü münasibətilə multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərə görə yüksək təltifat – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldükləri üçün dövlət başçısına təşəkkür ediblər(Aznews)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600