Dinozavrın mədəsində ilk dəfə qida qalıqları tapıldı: Nə yedikləri üzə çıxdı

media-hightechnic-468x90

Avstraliyada aparılan araşdırma nəticəsində, uzun boyunlu sauropod dinozavrların mədəsində ilk dəfə olaraq qida qalıqları aşkarlanıb. Bu onların otyeyən olduğunu və yeməklərini çeynəmədən udduğunu sübut edir.

Yenicag.az xəbər verir ki, araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.

Tədqiqatçılar 2017-ci ildə Kuinslənd əyalətində tapılan “Diamantinasaurus matildae” növünə aid fosildə müxtəlif bitki növlərinin qalıqlarını müəyyən ediblər.

“Judy” adı verilən bu dinozavrın mədəsində həm iynəyarpaqlı ağacların, həm də çiçəkli bitkilərin izləri aşkarlanıb.

Körtin Universitetindən Stiven Poropat bildirib ki, bu, sauropodların mədəsində tapılan ilk birbaşa sübutdur. Onun sözlərinə görə, dinozavr yeməyi çeynəmədən udur, həzm prosesi isə bağırsaqlarda bakteriyalar vasitəsilə baş verirdi.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600