Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdədir.
Onlar Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.
***
10:00
“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”