Diplomatiya pərdəsi arxasından aparılan “NEFT SAVAŞI”: İran qaynaqları kimin olacaq?

media-hightechnic-468x90

ABŞ İranla nüvə danışıqlarını yenidən başlatdığı bir vaxtda, Vaşinqtonda keçirilən qapalı enerji toplantılarından sızan məlumatlar prosesin arxa planında daha fərqli hesabların dayandığını göstərir. ABŞ-ın ən böyük neft və qaz lobbisi olan American Petroleum Institute (API) tərəfindən təşkil olunan “Amerika enerjisinin durumu” adlı qapalı zirvədə İranla bağlı səslənən fikirlər diqqət çəkir. İddialara görə, toplantıda İranın enerji potensialı “sənaye tarixinin ən böyük fürsəti” kimi təqdim olunub.

media-banner_tuq

Hərbi yığıncaq və enerji maraqları

ABŞ bir tərəfdən Tehranla diplomatik kanalları açmağa çalışarkən, digər tərəfdən Hörmüz boğazına ciddi hərbi qüvvə cəmləşdirir və yüzlərlə döyüş təyyarəsini Yaxın Şərqə yönləndirir. Bu paralel addımlar Vaşinqtonun siyasətində enerji ilə təhlükəsizlik strategiyasının necə iç-içə keçdiyini göstərir.

Zirvədə çıxış edən “Rapidan Energy Group” un rəhbəri və keçmiş Ağ Ev enerji rəsmisi Bob McNally İran daxilində mümkün siyasi dəyişiklik ssenarisinin ABŞ və qlobal enerji bazarı üçün “strateji qazanc” olacağını deyib. Onun fikrincə, İranın neft istehsal potensialı Venesueladan daha sürətli şəkildə bazara çıxarıla bilər və bu da Rusiyanın enerji təsirini zəiflədə bilər.

Eyni toplantıda ExxonMobil şirkətinin baş direktoru Darren Vudsun da İran enerji sektorunu “tarixi fürsət” adlandırdığı bildirilir.

Trampın mövqeyi müzakirə mövzusu olub

Toplantıya sızan jurnalist Maks Blümentalın (Max Blumenthal) yaydığı məlumatlara əsasən, enerji şirkətlərinin təmsilçiləri Venesuelada təhlükəsizlik risklərini və istehsalın uzunmüddətli perspektiv tələb etdiyini qeyd etsələr də, İranla bağlı ssenarini daha “sürətli neft axını” kimi qiymətləndiriblər. Həmin müzakirələrdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın da bu yanaşmaya yaxın mövqedə olduğu iddia olunur.

Enerji sektorunun Vaşinqton siyasətinə təsiri yeni məsələ deyil. Keçmiş vitse-prezident Dick Chene həm neft sənayesi ilə əlaqələri, həm də İraq müharibəsindəki rolu ilə bu əlaqələrin simvolik fiqurlarından biri kimi xatırlanır. Onun dövründə başlanan İraq işğalından sonra ölkənin enerji resurslarının beynəlxalq şirkətlər arasında bölüşdürülməsi geniş müzakirələrə səbəb olmuşdu.

Enerjidən xarici siyasətə uzanan xətt

ABŞ-da enerji şirkətlərinin xarici siyasət qərarlarına təsiri ilə bağlı müzakirələr uzun illərdir davam edir. Böyük neft şirkətlərinin iqlim riskləri ilə bağlı daxili yazışmaları və eyni zamanda ictimaiyyət qarşısında fərqli mövqe sərgiləmələri Konqres araşdırmalarında da öz əksini tapıb. Rex Tillerson ExxonMobil rəhbərliyindən ABŞ Dövlət Departamentinə keçidi isə enerji sektorunun dövlət qərar mexanizmlərinə təsirinin açıq nümunəsi kimi qiymətləndirilib.

Bu gün İran ətrafında baş verənlər təkcə nüvə proqramı və regional təhlükəsizlik məsələsi deyil. Sızan məlumatlar göstərir ki, enerji resursları uğrunda qlobal rəqabət diplomatik danışıqlarla paralel şəkildə davam edir. Vaşinqtonun atdığı addımlar isə bir daha sübut edir ki, müasir dünyada enerji siyasəti ilə hərbi-strateji planlar bir-birindən ayrı düşünülmür.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05