DİQQƏT! 190 manatların verilməsi bu gün başa çatır

media-hightechnic-468x90
“Artıq altıncı dəfədir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə verilir”.

Yenicag.az-ın məlumatın görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, 190 manatın ödəməsinin bu gün tamamlanması nəzərdə tutulur:

“Ümumilikdə 450 milyon manat vəsait işini və gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənildi”.

O qeyd edib ki, növbəti ildə birdəfəlik ödəmə ilə bağlı qərar Nazirlər Kabinetindən asılıdır:

“Yeni ilə daha pozitiv arzularımız var. İnanırıq ki, sərt karantin rejimi olmayacaq və iqtisadi fəallıq bərpa ediləcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600