Diqqət! Bu ərazilərdə qaz olmayacaq

media-hightechnic-468x90

Oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocəsən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.

Bundan başqa, 10:00-dan işlər başa çatanadək Samux şəhərini və rayonun Kolayir, Sərkar və Füzuli kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində siyirtmənin əvəzlənməsinə görə adları çəkilən ərazilərdə qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600