Sumqayıtın bir sıra yaşayış massıvlərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Yenicag.az xəbər verir ki, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq mayın 19-da saat 10:00-dan 17:00-dək Ceyranbatan qəsəbəsi, “Metallurq” bağları, “Yaşıldərə” yaşayış massivi, şəhərin 42, 47, 48, 49, 50, 51, 52 və 53-cü məhəllələrində, 10, 11, 12, 13, 16, 18, 20 və 21-ci mikrorayonlarında, eləcə də, Corat qəsəbəsi, Corat, Saray, Novxanı bağları yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.
www.yenicag.az