Diqqət: Bu qidalar uşaqlarda xəstəliyə səbəb olur

Uşaqların çoxunda müşahidə edilən miqrenin səbəbi yedikləri qidadan ola bilər.

Yenicag.az medicina.az-a istinadən bildirir ki, türkiyəli uzman həkim Yasemin.T həmin qidalar və uşaqlarda miqren haqqında məlumat yayıb. Onun sözlərinə görə, pendir, şokolad, portağal, naringi və s. digər qidalar miqren təhlükəsini çoxladır.
Belə ki, ət, qatıq, qızartma və monosodyum qlutamat tərkibli hazır qidalar baş ağrısına səbəb olur. Xəstə uşaqların valideynləri bu qidaların onlarda baş ağrısı yaradıb-yaratmadığını test etməli və həmin qidalardan uşaqları uzaq tutmalıdırlar.

Həkimin sözlərinə görə, qrip kimi infeksiyon xəstəliklərə uşaqlarda adətən imtahan ərəfəsi yorğunluq, gurultulu səsli yerlər, görmə pozğunluğu, iqlim dəyişiklikləri, uzun müddət televizora baxmaq , kompüter istifadə etmək və s. kimi amillər də səbəb ola bilər.

Miqren olanuşaqlar digər uşaqlara nisbətən məktəbə getməyə həvəssiz olur. Ona görə də, uşaqlarda kəskin baş ağrıları zamanı həkimə müraciət etməli və gözünü də müayinə etdirmək lazımdır. Əgər görmə ilə bağlı şikayətləri davamlı hal alırsa o zaman yaxşı olar ki, uşaq nevroloqu tərəfindən də müayinə olunsun.