Dişini çəkdirdi, öldü
Yenicag.az xəbər verir ki, Taylandın Phet şəhərində dəhşətli hadisə baş verib. Beləki, Pree Namthip adlı 64 yaşlı kişi yolda ölü vəziyyətdə tapılıb.
Polis hadisə yerindən çoxlu sayda ağrıkəsici dərman tapıb.
Araşdırma zamanı məlum olub ki, dişi ağrıyan Pree, dişini çəkdirmək üçün həkimə getmək əvəzinə qəssab qonşusuna üz tutub. Qəssab isə öz növbəsində ip götürüb bir ucunu yaşlı kişinin dişinə o birini isə daş parçasına bağlayıb. Daşı tullayan zaman diş yerində çıxıb. Xeyli qan itirən kişi yolda yıxılaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalara başlanıb.