İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Yeniçağ.az xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.
Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq.
Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
FİNAL
Rusiya – AZƏRBAYCAN
75 kq – Elvin Mürsəliyev
80 kq – Rafiq Hüseynov
85 kq – İslam Abbasov
98 kq – Maksim Safarian – Orxan Nuriyev
Yeniçağ.az
www.yenicag.az