Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Doğum günü olan Arif Quliyev: "Dedi, qorxma, ölənə qədər yaşayacaqsan"

Doğum günü olan xalq artisti, tanınmış aktyor Arif Quliyev təəssüratlarını Yenicag.az-la bölüşüb.

Aktyor doğum günündə sevincini də gizlətməyib:

“Evdə çox darıxırdım, artıq 65 yaşdan yuxarı insanlara qoyulan qadağa ləğv olunub. Bu, elə doğum günümə hədiyyə oldu. Əslində Aktyorlar Evində tədbir nəzərdə tutulmuşdu, amma karantinə görə kütləvi tədbirlərin keçirilməsinə icazə yoxdur. Başqa bir zamanda doğum günüm qeyd olunacaq. Əsas can sağlığıdlr. Amma səhərdən telefonum susmur, hamı təbrik edir”.

O, zarafatından da qalmayıb:

“Bir dəfə həkimə getmişdim, başdan-ayağa müayinə etdi. Soruşdum ki, necəyəm, qorxulu bir şey yoxdur ki?Dedi, qorxma, ölənə qədər yaşayacaqsan. Yaş məni qorxutmur, həyata gəliriksə, demək ki, bir gün də getməliyik. Filmdə dediyim kimi, salam, sağol. Əsas odur ki, bu həyatı dərk edəsən, onda heç nə qorxulu olmur”.

Cəvahir

www.yenicag.az

1557
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100