!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum günündə aktyoru kövrəldən SƏBƏB: “Kaş ki...” - FOTOLAR

!Reklam – Yazi

“Arzuladığım, amma hələ də oynamadığım çox rollar var. Gözləyirəm. Yaş üstünə yaş gəlir, amma hələ də kinoda istədiyim filmlərə çəkilməmişəm. Bəzən peşman oluram ki, kaş heç bu sənətə gəlməyəydim…”

Bu sözləri Akademik Milli Dram Teatrının aktyoru Ramin Şıxəliyev doğum günündə Yenicag.az-la təəssüratlarını bölüşərkən deyib.

Aktyor rejisorlardan təkliflər gözləyir:

“Arzuladığım rollar çoxdur, çünkü ampluasız aktyoram. İstənilən obrazı oynamaq iqtidarındayam, tərifləmək kimi çıxmasın, özümdə bu potensialı da görürəm. Teatrda “Müsyo Jordan və Dərviş Məstəli şah”da dərviş Məstəli şahı, eləcə də Molyerin komediyalarında oynamaq arzusundayam. Hələ ki 45 yaşım olub, qarşıda böyük yol var. Rejissorlarımızdan təklif gözləyirəm”.

Aktyor kinostudiyanın əvvəlki qaynar həyatına dönəcəyi və yeni filmlərin çəkiləcəyi günləri səbrsizliklə gözlədiyini deyib:

“Hələ ki bu yaşımda qeyri-adi heç bir hadisə baş verməyib, ya yaxşılığa, ya da pisliyə doğru. Sadəcə olaraq yaş üstə bir yaş da gəlib, bir ili də belə yola verdim. Aktyorlar danışırlar, vaxt var idi, kinostudiyanın dəhlizində adam əlindən tərpənmək olmurdu. Ayda-ildə bir dəfə çağırılanda gedirəm, dəhlizlərdə yenə boşluqdur. Kaş ki kinostudiya əvvəlki kimi qaynar çəkilişli günlərə qayıdaydı. Seriallara, kommersiya filmlərinə, reklamlara çəkilirəm, amma əsas bədii filmlərdir – aktyorun hörmətini, şöhrətini artıran – o filmlər yoxdur. Bu gün o filmlərə çəkiləcəyim günləri gözləyirəm. Yaşım gedir, amma hələ də gözləyirəm. Bəzən peşman oluram ki, kaş heç bu sənətlə məşğul olmayaydım. Amma neyləyim ki, bu sənət mənim canımda, qanımdadır”.

Cəvahir

COP29

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv