!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Doktorantura təhsilinin müasir vəziyyəti müzakirə olundu

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin yanında keçirilən müşavirədə doktorantura təhsilinin müasir vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Bu barədə Yenicag.az-a akademiyadan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli doktorantura təhsilinə marağın artdığını, bu il aspiranturaya sənəd təqdim edənlərin sayının çoxaldığını və istedadlı gənclərin akademiyaya müraciət etmələrini müsbət hal kimi qiymətləndirib.

Müşavirədə 2024-cü ildə akademiyada doktoranturaya qəbulun nəticələri haqqında məlumat verilib, statistik məlumatlar diqqətə çatdırılıb, dissertasiya mövzularının geniş müzakirəsinin keçirildiyi bildirilib.

AMEA-nın akademik-katibi akademik Arif Həşimov akademiyada doktorantura təhsilinin daha da təkmilləşdirilməsi üçün təkliflərini səsləndirib.

Aktuallığı və əhəmiyyəti nəzərə alınaraq doktorantura təhsili ilə əlaqədar məsələnin AMEA Rəyasət Heyətinin iclasında daha geniş tərkibdə müzakirə edilməsi tövsiyə olunub.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan birgə ensiklopediyanın hazırlanması ilə əlaqədar məsələ müzakirə edilib.

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv