Dollar ajiotajı yenidən GÜNDƏMDƏ – Devalvasiya OLACAQ?

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Trampın avqustun 1-dən Yaponiya və Cənubi Koreya başda olmaqla 14 ölkənin mallarına 25 faiz rüsum tətbiqi ilə bağlı açıqlaması dolların möhkəmlənməsi ilə nəticələnib.

Belə vəziyyətdə Azərbaycan manatını hansı aqibət gözləyir?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov mövzunu Yenicag.az-a şərh edib.

media-1666247580_vuqar-bayramov

O, manatın məzənnəsinin birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacağını bildirib:

“Bir sıra aparıcı valyutalara nisbətən, dolların məzənnəsində dəyişikliklər müşahidə olunur. Nəzərə almalıyıq ki, bütövlükdə ABŞ-nin qarşılıqlı tariflərin tətbiq edilməsi ilə bağlı siyasəti valyuta bazarına təsir göstərir. Doğrudur, hələlik dolların səbət valyutalara nisbətən məzənnəsində artım müşahidələr edilməyib, lakin müəyyən addımlar təbii ki, var. Amma eyni zamanda, xüsusən də avroya nisbətən doların məzənnəsi hazırda stabildir. Cüzi azalmalar müşahidə olunur. Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çünki Mərkəzi Bank manatın məzənnəsinin müəyyənləşdirilməsində aparıcı rolunu qoruyub saxlayır. Xüsusən nəzərə alsaq ki, Azərbaycan üzən valyuta rejiminə keçməyib və üzən məzənnə rejiminə keçilmədiyi üçün, bu kontekstdən manatın məzənnəsi həm də Mərkəzi Bankın məzənnə siyasətindən asılıdır”.

Deputat manatın məzənnəsini nüəyyənləşdirən faktorları da sadalayıb:

“Mərkəzi Bank manatın məzənnəsini müəyyənləşdirən zaman həm daxili, həm də digər xarici faktorları nəzərə alır. Eyni zamanda neftin dünya bazarındakı qiyməti, ölkədə daxil olan valyutanın həcmi, tədiyyə balansının vəziyyəti kimi vacib məqamlar nəzərə alınmaqla, bu istiqamətdə qərarlar qəbul edir. Amma bütövlükdə manatın məzənnəsinin necə dəyişməsi növbəti dövrlərdə də Mərkəzi Bankın qərarlarından asılı olacaq”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600