Dollar manata nisbətən ucuzlaşdı

media-hightechnic-468x90

img1750754Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi dəyərdən düşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 26-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0501 manat səviyyəsində müəyyən edilib. Ötən gün isə 1 dollar 1,0502 manat olub. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0028 manat və ya 0,23% bahalaşaraq 1,1942 manat olub. Qeyd edək ki, ötən gün isə 1 avro 1,1914 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa