Dolların manata nisbətdə rəsmi məzənnəsi
Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi stabil qalıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) martın 3-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0496 manat səviyyəsində müəyyən edilib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0019 manat və ya 0,16% ucuzlaşaraq 1,1752 manat olub.