Bakıda dönərdən zəhərlənən dörd şagird Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından ambulator müalicə üçün evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. İlkin mərhələdə 20 nəfər, 27.10.2023-cü il tarixində isə müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.
***
10:09
Bakıda dönərdən zəhərlənən 4 şagirdin Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicəsi davam etdirilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda onların vəziyyəti stabildir.
Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərləniblər.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.
www.yenicag.az