Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Donuzdan insana orqan köçürüləcək

İrsi xəstəliklərin qarşısını almaq üçün heyvandan insana orqan köçürüləcək.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir kəşflə Harvard Universitetindəki alimlər çıxış ediblər. Alimlər 10 il ərzində insan orqanizmi tərəfindən rədd edilməyəcək bir donuz toxuması əldə etmək üçün çalışıblar.
Belə ki, həm ölçü, həm də funksiya olaraq insan orqanına çox yaxın olan donuzların bütün DNT-lərində insan hüceyrələrinə təsir edən və orqan nəqlinə maneə olan viruslar var.

Buna görə də, professor George Church və Harvard Universitetindəki həmkarlarıtexnoloji cihaz olan Crisprdan istifadə edərək, sözügedən virusları donuzların genindən təmizləyiblər.

Daha sonra əldə edilən embrionlar dişi bir donuza nəql edilib və sağlam 37 donuz yetişdirilib.

Təmizlənən toxumalar hazırda ürək klapanı və buynuz qişası xəstəliklərinin əməliyyatı zamanı istifadə olunacaq.

Elm adamları donuzdan insana böyrək nəqlini də reallaşdıracaqlarını bildiriblər.

Yenicag.az

www.yenicag.az

645
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM