Çərşənbə axşamı Vladivostokda başlayan “Dördüncü Şərq İqtisadi Forumu”nda (Estern Economic Forum – EEF) əvvəlkilərlə müqayisədə ən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.
Yenicag.az xəbər verir ki, forum 11-13 sentyabrda keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Xi Jinping, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa, Yaponiya Baş naziri Şinzo Abe və Cənubi Koreya Baş naziri Li Nak Yonun iştirakı ilə keçiriləcək “Uzaq şərq: perspektivləri genişləndirmək” plenar sessiyası isə Forumun əsas hadisəsi hesab olunur.
İştirakçılar Uzaq Şərqin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, Rusiya və xarici investorları regiona cəlb etmək yollarına toxunacaqlar. Xüsusilə, Asiya-Sakit Okean regionunda təhlükəsizlik və sabitliyin müzakirəsi forumun gündəliyinə çıxarılacaq.
Forumun gündəliyinə daxil olan əsas mövzular aşağıdakılardır
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, plenar sessiyada Putin dünya ticarətində siyasi sanksiyaların tətbiq edilməsinin yolverilməz olduğunu elan edəcək və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına uyğun olaraq azad ticarət prinsiplərinin müşahidə olunmasının vacibliyini vurğulayacaq.
Rusiya lideri Uzaq Şərqin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün böyük miqyaslı planlar üzərində işləyəcək və xarici investorları regionda Rusiya şirkətləri ilə daha sıx əməkdaşlıq etməyə təşviq edəcək. Putin həmçinin Asiya-Sakit Okean regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsindən danışacaq.
Forum çərçivəsində Rusiya prezidenti xarici iş adamları ilə görüşəcək. Bu görüşdə “Daewoo”, “Lotte”, “Mazda” və “Mitsui”, Çin Milli Neft və Qaz Korporasiyası, Asiya İnfrastruktur İnvestisiya Bankı və s. kimi böyük şirkətlərin və maliyyə institutlarının rəhbərləri iştirak edəcəklər.
Forumun biznes proqramına gəlincə, proqramın aşağıdakı kimi olacağı açıqlanıb.
Proqrama 70-ə yaxın biznes fəaliyyəti (sessiyalar, işgüzar dialoqlar, işgüzar yeməklər və dəyirmi masalar) daxildir. Forumda 60-dan çox ölkədən təxminən 6000-dən çox iştirakçı olacağı gözlənilir. İştirakçıların yarıdan çoxu Rusiyadan gələcək. Digər ən böyük nümayəndə heyətlərinin Çin, Yaponiya, Cənubi Koreya və Monqolustan ölkələrindən qatılacağı gözlənilir.
Forumda həmçinin, Asiya-Sakit Okean regionundan başqa digər ölkələrin, ABŞ, Hindistan, Böyük Britaniya və Fransanın nümayəndələri də iştirak edəcək.
EEF-də həmçinin 346 rus və 352 xarici menecer iştirak edəcək. Foruma ilk dəfə olaraq “Fortune Global 500”in beynəlxalq reytinqində 3 və 4-cü yerlərdə qərarlaşan Çinin iki böyük neft şirkətinin rəsmiləri, eləcə də Çin Milli Neft Korporasiyasının (CNPC) prezidenti Vang Yilin də qatılacaq.
“Üç ildən çoxdur ki, Şərq İqtisadi Forumu effektiv beynəlxalq kommunikasiya platformasına çevrilib. EEF tədbirlərində Asiya-Sakit Okean regionu dövlətlərinin və hökumət rəhbərlərinin, Rusiyanın və digər ölkələrin aparıcı beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edirlər. Onların iştirakı EEF çərçivəsində keçirilən müzakirələrin yüksək nəticələrini təmin edir” – deyə Rusiya prezidentinin müşaviri Anton Kobyakov bildirib.
“İnvestorları dəstəkləyən vasitələr: Sonrakı addımlar” bölməsi xüsusi iqtisadi zonaların inkişafı üçün bu mexanizmlərin nəticələri və potensialının yüksəlməsi istiqamətindəki işlərin təşkilinə yönəldiləcək. Müzakirədə investorların hüquqlarının qorunması, kiçik və orta müəssisələrin və yüksək texnologiyalı layihələrin dəstəklənməsi, Uzaq Şərqdə ilk Rusiya dəniz zonasının yaradılması imkanları müzakirə ediləcək.
“Uzaq şərqdə sənaye prioritetləri” bölməsi yaxın gələcəkdə bölgənin gözlənilən iqtisadi artımını idarə etmək üçün sənaye sahələri məsələlərinə toxunacaq. Xüsusilə, fərdi sessiyalar, ağac sənayesi, kənd təsərrüfatı, balıqçılıq sənayesi, neft və qaz sənayesi, turizm və liman infrastrukturu və mineral ehtiyatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün danışıqlar aparılacaq.
“Qlobal Uzaq Şərq: Beynəlxalq Əməkdaşlıq Layihələri” bölməsi Rusiyanın Uzaq Şərq və qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivlərinə, Rusiyanın Uzaq Şərq regionunda nəqliyyat dəhlizlərinin inkişafına yönəlik müzakirələr aparacaq.
“Yaşayış şərtlərinin yaxşılaşdırılması” bölməsi Rusiyanın Uzaq şərqində demoqrafiya, səhiyyə, təhsil, elm, mənzil, mədəniyyət və şəhər inkişafı məsələlərini əks etdirəcəkdir. İştirakçılar həmçinin “Uzaq Şərqdə hektarlıq” proqramı vasitəsilə regionun əmək bazarının təkmilləşdirilməsi və torpaqların inkişafı üçün yeni tədbirlər barədə müzakirələr aparacaqlar.
Həşim Səhrablı
www.yenicag.az