ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir

media-hightechnic-468x90

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə silsilə görüşlərə başlayıb.

Yenicag.az xəbər verir ki, görüşlər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləri ilə keçirilib.

Tədbirlərdə AHİK-in məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin rəhbər şəxsləri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Görüşlərdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.

Tədbirlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilat olmaqla 148 üzv təşkilatı özündə birləşdirir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa