THY Monteneqroya bilet alan vətəndaşların pulunu qaytaracaq

media-hightechnic-468x90

Türk Hava Yolları (THY) Monteneqroya bilet almış türklərə pullarını geri qaytaracaq.

Yenicag.az xəbər verir ki, bu barədə THY-nin açıqlamasında bildirilib.

Qərarın Monteneqronun Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv etməsi səbəbindən verildiyi qeyd olunub.

“28 oktyabr 2025 – 31 noyabr 2025 tarixləri arasında uçuşu olan Türkiyə Respublikası pasportuna sahib sərnişinlərimizə geri qaytarma və ya dəyişiklik hüququ tanınmışdır. Monteneqroya uçuş üçün bilet almış bütün sərnişinlərimiz 9 noyabr 2025 tarixinə qədər müraciət etdikləri halda, biletlərini heç bir kəsinti olmadan geri qaytara biləcəklər. Həmçinin bu sərnişinlər biletlərinin səyahət tarixini 15 dekabr 2025 tarixinə qədər heç bir əlavə ödəniş və dəyişiklik haqqı olmadan uzada biləcəklər”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa