Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Dövlət Turizm Agentliyinin sədri.
Kollegiyanın üzvləri:
Dövlət Turizm Agentliyinin sədrinin müavini;
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;
Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;
Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.