Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin 19 nömrəli Yanğından Mühafizə bölməsində “açıq qapı günü” tədbiri keçirilib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “West Kids” uşaq bağçasının azyaşlıları və tərbiyəçilərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

media-69f84fb255c8069f84fb255c81177788101069f84fb255c7d69f84fb255c7f media-69f84fb24088169f84fb240882177788101069f84fb24087f69f84fb240880 media-69f84fb232af569f84fb232af6177788101069f84fb232af169f84fb232af3 media-69f84fb22817b69f84fb22817c177788101069f84fb22817869f84fb228179 media-69f84fb219b2769f84fb219b28177788101069f84fb219b2469f84fb219b25 media-69f84fb25e1e269f84fb25e1e3177788101069f84fb25e1e069f84fb25e1e1 media-69f84fb2095b169f84fb2095b2177788101069f84fb2095ae69f84fb2095b0

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05