Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DSMF-nin binasında yanğın

Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Saat 14:07-də yanğın söndürülüb.

İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Əlavə məlumat veriləcək.

Loading...

www.yenicag.az

2310
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100