DSX-nın 4 generalı istefaya göndərilib? – Rəsmi açıqlama

media-hightechnic-468x90

elcin quliyev 29 martAzərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DSX mətbuat xidmətinin əməkdaşı Rövşən Cahangirov “Qafqazinfo” ilə əlaqə saxlayaraq xidmətdə ümumiyyətlə heç bir yoxlamanın aparılmadığını bildirib. DSX rəsmisinin sözlərinə görə, generalların sərəncama göndərilməsi xəbəri də həqiqətə uyğun deyil.

Xatırladaq ki, bu gün aznews.az DSX-də yoxlamaların getdiyi və Dövlət Sərhəd Xidmətinin 4 generalının sərəncama götürüldüyü haqda məlumat yaymışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa