“Dövlət Təlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar davam etməlidir”.
Bunu Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvanda keçirdiyi əməliyyatlara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, əməliyyatlar belə halların qarşısı alana qədər davam edəcək:
“Verdiyim proqnozlar təsdiqini tapdı. Respublika daxilində respublika yaratmağa ehtiyac yoxdur. Vasif Talıbovun məqsədi Naxçıvanı Azərbaycandan ayırmaq idi. İran, Rusiya və başqa dövlətlərlə söhbət aparılıb. İşin başında Ramiz Mehdiyev durub. Ayrıca bayraq da hazırlayıblar. “Ayrı bayraq nədən ötrüdür?” sualı ortaya çıxır. Azərbaycanın bir bayrağı var.
Oradakı deputatlar arasında da böyük söhbətlər gedib. Guya Naxçıvanı ayıracaqlar, Prezidenti də Vasif Talıbov olacaq. Mənə tez-tez “Bu məlumatları haradan bilirsiz?” sualı ünvanlanır. Naxçıvandan olan dostlarımız bizə mütəmadi məlumat verirdi. Rayon təşkilatları ilə sıx əlaqəmiz var.
Düzdür, Naxçıvanda təşkilat yarada bilmədik. Lakin Naxçıvanda Müasir Müsavat Partiyasının üzvləri çoxdur. Bu məlumatları müəyyən dairələrə ötürürdük. Gecdə olsa ayıldılar…
Bunlar hamısı üzə çıxmalıdır. Üzə çıxandan sonra daha ciddi həbslər başlayacaq. Dövlət Təlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar davam etməlidir. Ciddi təhlil aparılsa, hələ çox məsələlərə aydınlıq gələcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az