Xaçmazın Müzəffəroba kəndinin sakini bədbəxt hadisənin qurbanı olub.
Yenicag.az Report-a istinadən xəbər verir ki, kənd sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
***
Xaçmaz rayonunda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb.
“Report”un Şimal bürosunun məlumatına görə, ötən gün rayonun Müzəffəroba kəndinin sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Bu gün isə qadının əri, 61 yaşlı Mahmud Lətif oğlıu Novruzovun ürəyi dayanıb. M.Novruzov xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, M.Novruzov Su Nəqliyyatında Polis İdarəsinin keçmiş əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az