Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozu yeniləyib

media-hightechnic-468x90

Dünya Bankı (DB) 2026-2027-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.

media-banner_tuq

Bu barədə Yenicag.az Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2026-cı ildə 1 ton buğdanın qiyməti 253 ABŞ dolları təşkil edəcək. Bu, ötən ilin oktyabr ayında verilmiş proqnozla müqayisədə 5 ABŞ dolları azdır.

DB-nin proqnozuna əsasən, 2027-ci ildə 1 ton buğdanın qiyməti 260 ABŞ dolları olacaq ki, bu da oktyabrda verilən proqnoz göstəricidən 7 ABŞ dolları azdır.

Bankın proqnozuna əsasən, illik müqayisədə buğdanın qiyməti 2026-cı ildə 4% , 2027-ci ildə isə 2,8% artacaq.

Hesabata görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 243 ABŞ dolları olub./APA-Economics/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05