“Brent” 70 dollara çatır - 4 aydan sonra ilk dəfə
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Yenicag.az xəbər verir ki, WTI neftinin qiyməti 1,25 dollar bahalaşaraq bir barrel üçün 62,83 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 0, 65 dollar artaraq 69,75 dollar olub.