Bu gün DÇ-2018-in püşkü atılıb.
Yenicag.az xəbər verir ki, növbəti mundialın püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvaya şəhərində, Dövlət Kreml Sarayında baş tutub.
Püşkatmada 32 yığma hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Püşkatma öncəsi millilər FİFA reytinqindəki mövqelərinə uyğun olaraq 4 səbətə bölünmüşdülər. Reqlamentə əsasən, hər qrupda ikidən artıq Avropa təmsilçisi ola bilməzdi. Digər qitələr isə qruplarda yalnız bir milli ilə təmsil oluna bilərdilər.
Püşkatma nəticəsində komandalar aşağıdakı qruplarda yer alıblar:
A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay
B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran
C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka
D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya
E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya
F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya
G qrupu: Belçika, Panama, Tunis, İngiltərə
H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya
Qeyd edək ki, qarşıdakı dünya çempionatı 14 iyun-15 iyul aralığında keçiriləcək.
www.yenicag.az