DÜNYA İNTERNETSİZ QALA BİLƏR? Fars körfəzində kabellər kəsilsə, nə baş verəcək?

media-hightechnic-468x90

“Fars körfəzi kimi strateji nöqtələrdə kabellərin sıradan çıxması internetin tam dayanması yox, daha çox qlobal miqyasda böyük gecikmələr və trafikin tıxanması deməkdir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib.

O, O, İranın ABŞ qüvvələrini yerləşdirməyə davam edəcəyi təqdirdə Fars körfəzi ölkələrinə aparan sualtı internet kabellərini sıradan çıxaracağı ilə bağlı təhdidi barədə fikirlərini səsləndirib.

Ekspert bildirib ki, sualtı kabellər qlobal internet trafikinin təxminən 95%-dən çoxunu daşıdığı üçün onlara ediləcək hər hansı fiziki müdaxilə sadəcə bir neçə ölkənin deyil, bütün qitələrin iqtisadiyyatına, bank sisteminə və kommunikasiyasına birbaşa təsir edə bilər.

“Amma internetin tamamilə sönməsi texniki baxımdan çox çətin bir ssenaridir. Çünki qlobal şəbəkə “hörümçək toru” kimi bir neçə alternativ marşrut üzərində qurulub. Fars körfəzi kimi strateji nöqtələrdə kabellərin sıradan çıxması internetin tam dayanması yox, daha çox qlobal miqyasda böyük gecikmələr və trafikin tıxanması deməkdir. Məlumat paketləri həmin bölgədən keçə bilməyəndə avtomatik olaraq digər marşrutlara (məsələn, Sakit okean və ya quru xətləri) yönəlir. Bu da həmin xətlərin həddindən artıq yüklənməsinə və internetin sürətinin kəskin düşməsinə səbəb olur. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq sayəsində belə qəzalar zamanı trafikin avtomatik şaxələndirilməsi sistemləri tətbiq edilir.

Bu cür hadisələr internetin dayanmasından ziyadə, rəqəmsal xidmətlərin keyfiyyətində ciddi fəsadlar yaradır. Məsələn, bank əməliyyatları ləngiyə bilər, video-zənglər kəsilə bilər və ya bulud texnologiyalarına çıxış çətinləşər. Vətəndaş məsuliyyəti və dövlət hazırlığı baxımından belə krizislər zamanı peyk interneti (məsələn, Starlink) və yerli serverlərdə saxlanılan məlumatlar (keş yaddaş) əsas xilas yolu olur. Yəni, bir bölgədə kabelin kəsilməsi lokal olaraq ciddi problemlər yaratsa da dünya interneti tamamilə qaranlığa qərq olmur. Sadəcə daha ağır və axsaq bir rejimə keçir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05