Dünya Kuboku: Azərbaycanın daha iki idmançısı finalda

media-hightechnic-468x90

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin daha iki üzvü finala vəsiqə qazanıb.

media-banner_tuq

Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, İvan Tixonov və Nazənin Teymurova həlledici raunda yüksəliblər.

Teymurova sərbəst hərəkətlər, Tixonov isə turnikdə hərəkətlərin icrasına görə finala vəsiqə əldə edib.

Xatırladaq ki, dünən komandamızın üzvü Nikita Simonov halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini birinci başa vuraraq finala adlamışdı.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun finalları martın 11-12-də keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05