Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dünya "sərxoş" Yunker və "komik" Trüdodan danışır - VİDEO

Brüsseldə təşkil olunan NATO zirvəsində maraqlı hadisələr baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının komitə rəhbəri Yunkerin işgüzar şam yeməyinə sərxoş gəlməsi və Kanadanın baş naziri Castin Trüdonun mənasız davranışı zirvə görüşünə damğa vurub.

Belə ki, Yunker yemək zamanı ayaqüstə durmaqda çətinlik çəkib və bir neçə dəfə səndələyib. 63 yaşlı siyasətçi yıxılmamaq üçün gah Hollandiyanın baş naziri Mark Ruttenin, gah Ukrayna prezidenti Poroşenkonun, gah da digər liderlərin qoluna girib.

Kanadanın baş naziri isə belçikalı həmkarı Çarlz Mişel və onun həyat yoldaşını salamlayarkən qeyri-adi hərəkətə yol verib. Belə ki, o, görüşmək üçün əvvəlcə Mişelə əl uzatsa da, daha sonra Mişeli görməzdən gələrək onun həyat yoldaşını qucaqlayıb.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

888
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS