Dünyaca məşhur balerina vəfat etdi
Əfsanəvi balet ustası, Rusiya Böyük Teatrının solisti Maya Plisetskaya vəfat edib.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, balerina 90 yaşında Almaniyada dünyasını dəyişib.
Maya Plisetskaya 1925-ci ildə Moskvada anadan olub. O, Böyük Teatrın səhnəsində 50 ildən artıq müxtəlif tamaşalarda çıxış edib.
Maya Plisetskaya Azərbaycana xoş münasibət bəsləyən məşhurlardan idi. Onun “İmperiya rus baleti” ansamblının bədii rəhbəri kimi Bakıya səfərini və ümummilli lider Heydər Əliyev ilə görüşlərini Azərbaycan tamaşaçıları məmnunluqla xatırlayırlar.