Dünyaca məşhur fotoqraf erməni vandalizmini növbəti dəfə gözlər önünə sərdi - FOTO

media-hightechnic-468x90

Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşudbanu Natavanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

Fotoqraf bu barədə öz “Instagram” səhifəsində məlumat verib.

O qeyd edib ki, məşhur şairə 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.

R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, X. Natəvan Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib.

Məşhur fotoqraf  ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edib.

“Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”, – Reza Deqati qeyd edib.

Dünyaca məşhur fotoqraf qarşılaşdığı hazırkı vəziyyətdən dərin sarsıntı keçirdiyini də gizlətməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600