İnsanların hansısa vəziyyətə və ya xüsusiyyətə qarşı göstərdiyi “qorxu” reaksiyasına fobiya deyilir. Yüksəklik qorxusu, pişik və ya it qorxusu adi fobiyalardır. Bəzi fobiyalar ilə mübarizə aparmaq daha çətindir.
Yenicag.az dünyanın ən qəribə fobiyalarını təqdim edirik.
Xirofobiya
Xirofobiya insanın öz bədənindən qorxmasıdır.
Aqirofobiya
Bəzi insanlar küçədə piyada keçidlərində böyük qorxu yaşayırlar. Bu fobiyanın adı aqirofobiyadır.
Peladofobiya
Keçəl olmaqdan qorxan adam deməkdir. Kişilər keçəl olmaqdan, qadınlar isə keçəl kişilərlə evlənməkdən qorxurlar.
Eyzotrofobiya
Güzgüyə baxmaq qorxusu kimi tanınan eyzotrofobiyada insanlar çox vaxt güzgüyə baxdıqları zaman mənəvi dünya ilə əlaqə quracaqlarını düşünürlər.
Ritifobiya
Adətən qadınlarda görülən ritifobiya qırışların əmələ gəlməsi qorxusudur. Əslində bir çox qadında görülən, lakin fərqinə varmayan bu fobiya günümüzdə estetikaya meyli artırır.
Deipnofobiya
Danışmaq və insanların sıx olduğu mühitlərdə danışa bilməmək qorxusu olaraq bilinən deipnofobiya adətən ünsiyyəti sevməyən insanlarda müşahidə edilir.
Demonofobiya
Bu fobiyası olan insanlar ətrafda pislik planlaşdıran qeyri-adi varlıqların onlara zərər verəcəyini düşünürlər.
Akribofobiya – oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
Araxibutirofobiya – qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
Aulofobiya – fleytadan qorxu
Bibliofobiya – kitabxanalardan qorxu
Verbofobiya – sözlərdən qorxu
Qadiofobiya (ierofobiya) – ziyarətgah və ruhanilərdən qorxu
Hidrozofobiya – tərləməkdən qorxu
Qrafofobiya – əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
Deypnofobiya – nahar zamanı (əsnasında) danışmaq qorxusu
Dikefobiya – ədalətdən qorxmaq
Dorofobiya – hədiyyə almaq və ya verməkdən qorxmaq
İtifallofobiya – ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq
Kaunterfobiya – hürkmək (və ya diksinməkdən) qorxusu
Kiberofobiya (kiberfobiya) – kompyuter qorxusu
Kxorofobiya (xorofobiya) – rəqslərdən qorxu
Laxanofobiya – tərəvəzdən qorxu
Medomalakufobiya – ereksiya itkisindən qorxu
Metrofobiya – poeziya qorxusu
Mikseofobiya – cinsi münasibətdən, partnyorun bədəninə toxunmaqdan qorxmaq
Nefofobiya – buludlardan qorxmaq
Nomofobiya – mobil telefonsuz, rabitəsiz qalmaq qorxusu
Nomatofobiya – adlar qorxusu
Oneyroqmofobiya – gecə eyakulyasiyasından qorxmaq
Papafobiya – Roma papasından qorxmaq
Papirofobiya – kağız qorxusu
Penterafobiya – qayınana qorxusu
Plutofobiya – varlı olmaq qorxusu
Rektofobiya – stulsuz qalmaq qorxusu
Stazobazofobiya – ayaq üstə qalmaq (durmaq) qorxusu
Teatrofobiya – teatrlardan qorxma
Uranofobiya – Cənnət və ya səmaya baxma qorxusu
Filemafobiya – öpüşmək qorxusu
Filofobiya – vurulmaq (sevmək) qorxusu
Xrematofobiya (xrometofobiya) – pul qorxusu
Evfobiya – yaxşı xəbər eşitmək qorxusu
www.yenicag.az