Dünyada şokoladın qiyməti bahalaşdı

media-hightechnic-468x90

İqlim dəyişikliyi nəticəsində böyük kakao yetişdirən Qana və Kot-d’İvuar ölkələrində kakao paxlası məhsulu kəskin şəkildə azalıb.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, kakaonun həddindən artıq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olub. 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb.

Son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib. Ekspertlərin hesablamalarına görə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq. Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq öz şokoladının qiymətini 20 faizdən çox qaldırıblar və bu il də qiymət artımının olması mümkündür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05