Dünyanın 10 ölkəsini atla gəzdi
Kanadanın kəndlərindən birində yaşayan kovboy Filipe Masetti, at belində 10 ölkəni keçib, 16 min km yolqət edərək Kanadaya döndü.
Cənubi Amerikadan uşaq yaşlarında ailəsi ilə birlikdə köçkün olaraq gəldiyi Kanadada, jurnalistlik təhsili alan 27 yaşındakı Masetti, verdiyi açıqlamada, Latın Amerikasında narkotika savaşına diqqəti çəkmək üçün belə bir yolculuğa çıxdığını söylədi.
Yol boyunca bir çox narkotika alveri ilə məşğul olanları tanıdığını, bəzilərinin onu qonaq etdiyini və bir çox hadisəyə şahid olduğunu deyən Masetti, səfərin sonunda 9 il öncə Braziliyaya geri dönən ailəsi ilə görüşdüyünü də bildirib. Masetti, səfəri ilə bağlı kitab və sənədli filmin gələn il yayımlanacağını deyib