Dünyanın ən qəribə qadağaları məlum olub

media-hightechnic-468x90

66865Yenicag.az anspress-ə istinadən dünyanın müxtəlif yerlərindən an axmaq qadağaların bir qismini təqdim edir:
– Alyaskanın Faribanks şəhərində marala spirtli içki vermənin cəzası həbsdir.

– Arizonanın Mohave mahalında şorba oğrusu tutulduqda yemək oğrunun başına tökülür.

– Kaliforniyada hər bir motorlu nəqliyyat vasitəsinin sürücüsü olmasa, saatda 75 km-dən çox sürətlə hərəkət edə bilməz.

– Türkiyədə xalqa açıq olan yaşıllıqlarda çəmənliklərə girmək qadağandır.

– Çində bir insanı boğulmaqdan qurtarmaq, o adamın qədərini dəyişdirmək mənası daşıdığından qadağandır.

– Los Ancelesdə bir kişinin yoldaşını 5 sm-dən daha qalın bir kəmərlə döyməsi qadağandır.

– San Françiskoda Market Prospektində fillərlə gəzmək qadağandır.

– Fransada donuzlara Napoleon adı vermək qadağandır.

– Alanya Bələdiyyəsi Bərəkət Tanrısının heykəlciyinin açıq satmağı 1999-ci ildə qadağan etdi.

– Çikaqoda bir nüvə bombası partlatmasının cəzası yalnız 500 dollardır.

– Floridada bərbərə gedən qadınların saç qurutma maşınındaykən yatmaları qadağandır.

– Gainesvillidə toyuğu mütləq əlinizlə yemək məcburiyyətindəsiniz.

– İsveçrədə bazar günləri paltar və avtomobil yuyula bilməz.

– Maryland əyalətində bir aslanı (Şir) kinoya aparmaq qadağandır.

– Marylandda üzərkən yemək yemək qadağandlr.

– Nyu Yorkda əcnəbi biriylə liftdə danışmaq qadağandır.

– Vaterloo şəhərində bərbərlərin 07.00 – 19.00 arası soğan yemələri qadağandır.

– Nevada əyalətində sizə aid bir məkanda itinizə atəş açan birini anında asma haqqınız var.

– Klinton Mahalında cəmiyyətə aid bir binaya söykənmək qadağandır.

– Racinedə yatan bir xilasetmə məmurunu oyandırmaq qadağandır.

– Fransada relslər üzərində öpüşmək qadağandır.

– İtaliyada ətək geyən kişilər cinayət işləmiş sayılır. Cəmiyyətə açıq yerlərdə and içmək, yumruq atmaq, həmçinin Məryəm adlı qadınların fahişəlik etməsi də qadağan olunub.

– Şotlandiyada bir inəyin yanında sərxoş olmaq qadağandır.

– Denver şəhərində qonşuya elektrik süpürgəsini borc vermək qadağandır. Şəhərdə siçanlara pis davranmaq da qadağandır.

– Texasda ayaq üstdə pivə içərkən ən çox üç dəfə qurtum içə bilər. Dördüncü qurtum qadağandır. İçmək üçün oturmaq lazımdır.

– Danimarkada avtomobilinin altında birinin tapıldığını görən sürücünün avtomobilini işlətməsi qadağandır.

-Taylandda avtomobil istifadə etdiyiniz zaman köynək geymək məcburiyyətindəsiniz.

– Sinqapurda metroda saqqız tapdalayan həbs olunur.

– ABŞ-ın İndiana ştatında bərbərlərin uşaqların qulağını kəsməsi qadağandır.

– Kanadada yağış yağarkən çəmənlər sulana bilməz.

– Estoniyada hələ kitablarda olan bir qanuna görə cütlüklərin sevişərkən şahmat oynaması qadağandır.

– Floridada at oğurluğunun cəzası edamdır.

– Montanada bir qadının yoldaşına aid məktubu açması ağır cinayətdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600