!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın qəbuledilməz “ƏDALƏT STANDARTI”: “Yeni iddialar hazırlayıb, üstlərinə getmək lazımdır” – Millət vəkili

!Reklam – Yazi

“Ölkəmizə qarşı çox sayda cinayətlər törədilib və onların ifşası, günahkarların cəzalandırılması üçün fəaliyyətimizi dayandırmamalıyıq”.

Bu fikirləri Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana yönəlik ilkin qərarını və prosesin mümkün inkişafını dəyərləndirən Milli Məclisin deputatı Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın tələbləri beynəlxalq hüquqa əsaslanır və tamamilə ədalətlidir:

“Fikrimcə, Azərbaycan bu istiqamətdə səylərini davam etdirməlidir. Xatırlatmaq istərdim ki, həmin məhkəmənin sədr müavini milliyətcə erməni olan Gevorkyanddır. Ancaq prosesin gedişində o da məsələyə sırf hüquq kontekstində baxılmasına mane ola bilməyəcək.

Bildiyiniz kimi, Ədalət Məhkəməsində həm Azərbaycanın, həm də Ermənistanın bir sıra vəsatətləri rədd edilib. Bu onu göstərir ki, hakimlər bu qarşıdurmadan kənarda dayanmaq istəyirlər.

Ancaq nəzərə alınmalıdır ki, Azərbaycanın tələbləri beynəlxalq hüquqa əsaslanır və tamamilə ədalətlidir. O baxımdan, bir daha deyirəm, bu istiqamətdə addımlar atılmalıdır. Ölkəmizə qarşı çox sayda cinayətlər törədilib və onların ifşası, günahkarların cəzalandırılması üçün fəaliyyətimizi dayandırmamalıyıq.

Təbii ki, beynəlxalq qurumlar, o cümlədən Ədalət Məhkəməsi bu çərçivədə bizə məlum olan “standart”lara söykənməyə çalışacaq. Amma bütün hallarda peşəkar səviyyədə yeni sənədlər, iddialar hazırlayaraq onların üstlərinə getmək lazımdır ki, hüquq normalarına riayət etsinlər”.

A.Zeynalov

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv